...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşları həbs olunublar

Cəmiyyət Materials 23 Sentyabr 2011 15:19 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı departamentinin Göranboy rayonu ərazisində yerləşən "Korçay" Dövlət Təbiət qoruğunun sabiq direktoru Emil Bağırov, müavini Zamanpur Füzuli Nizami oğlu həbs olunublar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşları həbs olunublar

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı departamentinin Göranboy rayonu ərazisində yerləşən "Korçay" Dövlət Təbiət qoruğunun sabiq direktoru Emil Bağırov, müavini Zamanpur Füzuli Nizami oğlu həbs olunublar.

Baş Prokurorluğun mətbuat xidmətdən cümə günü Trend-ə verilən məlumata görə, həmin şəxslər barəsində vətəndaş Asif Pirverdiyev və Fərhad Tağıyevin prokurorluğa müraciəti əsasında cinayət işi başlanıb.

Qoruğun sabiq rəhbərliyi 2009-cu ilin aprel - sentyabr aylarında qoruğa mühafizə yegeri vəzifəsinə işə götürmək müqabilində rayon sakinləri olan Asif Pirverdiyev, Fərhad Tağıyev, Sadiq Əliyev, Vasif Pirverdiyev, Zahir Namazovun hər birindən 1000 ABŞ dolları, Elşad Kazımovdan 1100 ABŞ dolları,Taleh Cəfərovdan 500 ABŞ dolları, Vüsal Alıyevdən isə 800 ABŞ dolları, ümumilikdə 8 nəfərdən 7400 ABŞ dolları məbləğində rüşvət tələb edib alıblar.

Sabiq direktor Emil Bağırov qoruğun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu ilin aprel ayından 2010-cu ilin dekabr ayınadək olan müddət ərzində öz qulluq mövqelərindən istifadə edib aldatma və etibardan sui-istifadə etmək yolu ilə qoruq əməkdaşlarının adlarına olan əmək haqqı kartlarını ələ keçirib həmin kartlar vasitəsi ilə işçilərin küllü miqdarda - 14987.29 manat məbləğində əmək haqqı vəsaitlərini müxtəlif bankomatlardan çıxarıb mənimsəyiblər.

Törətdiyi cinayət əməllərinə görə Emil Bağırov və Füzuli Zamanpur həbs ediliblər.

Xəbər lenti

Xəbər lenti