...

Tıxaclarda uzun müddət qalmaq ürəktutmalara səbəb ola bilər

Cəmiyyət Materials 23 Sentyabr 2011 15:29 (UTC +04:00)
Ürək xəstəliklərindən əziyyət çəkən insanlar havanın çirklənmə səviyyəsinin yüksək olduğu yerlərdə, məsələn, hərəkətin intensiv olduğu yollarda uzun müddət qalmaqdan çəkinməlidirlər.
Tıxaclarda uzun müddət qalmaq ürəktutmalara səbəb ola bilər

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Ürək xəstəliklərindən əziyyət çəkən insanlar havanın çirklənmə səviyyəsinin yüksək olduğu yerlərdə, məsələn, hərəkətin intensiv olduğu yollarda uzun müddət qalmaqdan çəkinməlidirlər. Avtomobillərin işlətdiyi qazlar ürəktutmalara səbəb olur. Trend-in məlumatına görə, Londondakı Gigiyena və Tropik Tibb Məktəbinin (LSHTM) əməkdaşları öz təqdiqatları çərçivəsində bu qənaətə gəliblər.

Alimlər İngiltərədə və Uelsdə ürəktutmalardan əziyyət çəkən təxminən 80 min xəstənin məlumatlarını analiz edərək, onları həmin rayonlarda havanın çirklənmə səviyyəsi ilə tutuşdurublar. Nəticədə müəyyən edilib ki, ürəktutma riski işlənmiş qazların yüksək sıxlığının olduğu hava ilə tənəffüs etdikdən sonrakı altı saat ərzində kəskin artır. Bu barədə BBC News xəbər verir.

Hər şeydən göründüyü kimi, çirklənmə ürəktutmaya yol açır, lakin bu, onun birbaşa səbəbi deyil. Ekspertlər hesab edirlər ki, çirkli hava sağlamlıq üçün təhlükəlidir və insan ömrünü xeyli qısaldır. "Bu, çirklənmənin qanı qatılaşdırması ilə bağlıdır ki, bu zaman urəktutma riski artır", - RBK Britaniyanın Kordiologiya Fondunun (British Heart Foundation) direktoru Ceremi Pirsonun dediklərindən sitat gətirir.

Əvvəllər amerikalı alimlər bəyan edirdilər ki, avtomobil magistralları yaxınlığındakı çirklənmiş hava yaddaşa mənfi təsir göstərə və ya Alsheymer xəstəliyinin inkişafına təkan verə bilər.

Xəbər lenti

Xəbər lenti