...

Mədəniyyət və Turizm Nazirliyi ilə Təhsil Nazirliyi kadr problemini birgə həll edəcək

Cəmiyyət Materials 26 Sentyabr 2011 11:44 (UTC +04:00)
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Təhsil Nazirliyi bölgələrdəki musiqi-incəsənət məktəblərində mövcud olan kadr çatışmazlığı probleminin aradan qaldırılması üçün birgə işlər görməyi qərara alıb.
Mədəniyyət və Turizm Nazirliyi ilə Təhsil Nazirliyi kadr problemini birgə həll edəcək

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Təhsil Nazirliyi bölgələrdəki musiqi-incəsənət məktəblərində mövcud olan kadr çatışmazlığı probleminin aradan qaldırılması üçün birgə işlər görməyi qərara alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, hazırda kadr çatışmazlığı kifayət qədər böyük problemdir.

"Mədəniyyət və Turizm Nazirliyi kadr siyasətini səmərəli həyata keçirmək məqsədi ilə hazırda ali təhsili olmayan musiqi-incəsənət müəllimləri üçün xüsusi təkmilləşdirmə kursları açır", - Qarayev əlavə edib.

Nazir bidirib ki, hazırda ölkədə 238 musiqi, incəsənət və rəssamlıq məktəbi fəaliyyət göstərir. Onların 185-i musiqi, 51-i incəsənət, 2-si rəssamlıq məktəbidir. Bu məktəblərdə ümumilikdə 71 min şagird təhsil alır, 16 500-dən çox müəllim çalışır.

Qarayev deyib ki, Azərbaycanın bu gün böyük yaradıcı potensialı var.

Xəbər lenti

Xəbər lenti