...

Azərbaycanda gələn ilin əvvəlinə telekanalların analoq yayımı dayandırılacaq

Cəmiyyət Materials 27 Sentyabr 2011 10:41 (UTC +04:00)
Azərbaycan ərazisində ilin sonuna kimi telekanallarda analoq yayımı dayandırılacaq.
Azərbaycanda gələn ilin əvvəlinə telekanalların analoq yayımı dayandırılacaq

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda gələn ilin əvvəlinə telekanalların analoq yayımı dayandırılacaq.

"Noyabrda Azərbaycanda rəqəmsal televiziya yayımına start veriləcək. İlk iki ay müddətində analoq və rəqəmsal yayım paralel şəkildə aparılacaq. Bundan sonra isə analoq yayım tamamilə dayandırılacaq", - Trend-in məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmnli deyib.

Məhərrəmli əhalini rəqəmsal yayıma hazır olmağa çağırıb. Onun sözlərinə görə, rəqəmsal TV yayımına keçid üçün analoq televiziyalarını rəqəmsal yayıma uyğunlaşdırmaq lazımdır. Bunun üçün hər bir televizora dekoder alınmalıdır.

"Dekoderlərin qiyməti 30-35 manatdır, amma hazırda MTRŞ istehsalçılarla bu qiymətin aşağı salınması üzrə üçün danışıqlar aparır", - MTRŞ sədri əlavə edib.

Məhərrəmli MDB məkanında ilk dəfə olaraq Azərbaycanın analoq yayımdan imtina edəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti