...

Almaniyadakı Azərbaycan diasporunun komandası mini futbol turnirinin qalibi olub

Cəmiyyət Materials 27 Sentyabr 2011 15:36 (UTC +04:00)
Almaniyadakı Azərbaycan diasporunun nümayəndələrindən ibarət komanda mini futbol üzrə turnirin qalibi olub.
Almaniyadakı Azərbaycan diasporunun komandası mini futbol turnirinin qalibi olub

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir T.Hacıyev/

Almaniyadakı Azərbaycan diasporunun nümayəndələrindən ibarət komanda mini futbol üzrə turnirin qalibi olub.

Trend-in çərşənbə axşamı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Almaniyada yaşayan müxtəlif millətlərin futbol komandaları arasında mini futbol üzrə turnirdə azərbaycanlılardan ibarət komanda qalib gəlib.

Turnirdə Azərbaycan, Türkiyə, İsrail, Rusiya, Serbiya, İspaniya diasporlarının nümayəndələri, eləcə də almanlardan ibarət futbol komandaları iştirak ediblər.

Azərbaycanlı futbolçular Türkiyəni 3:0, ispan futbolçuların Malyorka komandasını 3:0 hesabı ilə məğlub edib, serb futbolçularla 1:1 hesabı ilə heç-heçə etdikdən sonra Rusiya və İsraili təmsil edən futbol komandaları üzərində müvafiq olaraq 1:0 və 2:0 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub və Wanderpokali-ni qazanıblar.

Azərbaycanlılardan ibarət futbol komandası ənənəvi olaraq təşkil olunan mini futbol üzrə turnirdə üçüncü dəfədir iştirak edir. İki il əvvəl turnirdə ikinci yeri tutmuş azərbaycanlılardan ibarət komandaya bu dəfə qələbə sevincini yaşamaq nəsib olub.

Xəbər lenti

Xəbər lenti