...

Krandan su əvəzinə neft axır

Cəmiyyət Materials 28 Sentyabr 2011 15:56 (UTC +04:00)
Batuminin Barsxana qəsəbəsində yenə də kranlardan su ilə birgə neft axır.
Krandan su əvəzinə neft axır

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Batuminin Barsxana qəsəbəsində yenə də kranlardan su ilə birgə neft axır. Neftlə çirklənmiş su qəsəbədəki evlərə ikigünlük fasilədən sonra gəlməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın "TV 25" telekanalı xəbər verib.

Su və neftin qarışığı qəsəbədə yerləşən uşaq bağçasına da gəlir. Bağçanın aşpazı belə suyun kranlardan vaxtaşırı gəldiyini gizlətmir. Direktor isə suyun içməyə yararlı olduğuna inandırmağa çalışır. Lakin sonradan direktor etiraf edib ki, öz uşaqlarının sağlamlığı üçün narahat olan valideynlər suyu yaxınlıqdakı mənbədən gətirirlər.

Su və neft "kokteyli" ilk dəfə Barsxana sakinlərinin evlərinə iyulun 17-də daxil olub və o vaxtdan indiyədək su verilişində yaranan fasilələrdən sonra bu, bir neçə dəfə təkrar olunub.

Batumi Neft Terminalı baş verən hadisəyə görə məsuliyyəti öz üzərindən atır və neft kəmərinin onlara məxsus olmadığını və terminalın ərazisindən keçmədiyini bildirirlər.

"Batumi suyu" təşkilatının direktoru Cani Varşalomidzenin sözlərinə görə, neft məhsulları su təchizatı sisteminə suyun verilişi kəsildiyi zaman düşür. O, problemin beş ay ərzində həll ediləcəyini vəd edib.

Xəbər lenti

Xəbər lenti