...

KİV nümayəndələri Neftçala rayonundakı Xıllı Nərə Balıqartırma zavoduna səfər ediblər

Cəmiyyət Materials 30 Sentyabr 2011 10:19 (UTC +04:00)
Trend-in məlumatına görə, 2003-cü ildən fəaliyyət göstərən zavoddan Xəzər dənizinə indiyədək 43 milyon ədəd nərə cinsli balıq körpələri buraxılıb ki, onlardan 2 milyon ədədi bu ilin payına düşür.
KİV nümayəndələri Neftçala rayonundakı Xıllı Nərə Balıqartırma zavoduna səfər ediblər

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları "Xəzər həftəsi"nin qeyd olunması ilə əlaqədar Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə KİV nümayəndələri ilə birgə Neftçala rayonundakı Xıllı Nərə Balıqartırma zavoduna səfər ediblər.

Trend-in məlumatına görə, 2003-cü ildən fəaliyyət göstərən zavoddan Xəzər dənizinə indiyədək 43 milyon ədəd nərə cinsli balıq körpələri buraxılıb ki, onlardan 2 milyon ədədi bu ilin payına düşür.

15 hektar ərazini əhatə edən, inkubasiya, dairəvi hovuzlar, elektron sexlərin fəaliyyət göstərdiyi zavodun illik istehsal gücü 15 milyon ədəd balıq körpələrinə bərabərdir. Kür çayından sudurulducu qurğular vasitəsilə götürülən sularda 150-200 qramdan 10 kiloqrama qədər balıqlar böyüdülür.

Jurnalistlərə müəssisədə yetişdirilən nərəcinsli balıqların saxlanılması, artırılması və ümumilikdə, zavodun fəaliyyəti ilə bağlı geniş məlumat verilib, eyni zamanda, onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Media nümayəndələri zavodun fəaliyyəti ilə əyani surətdə yaxından tanış olublar.

Xəbər lenti

Xəbər lenti