...

Ekologiya Nazirliyi "Xəzər həftəsi" çərçivəsində sahil zolağında iməciliklər keçirib

Cəmiyyət Materials 30 Sentyabr 2011 18:17 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq sentyabrın 30-da Bakı və Sumqayıt şəhərlərinin Xəzər dənizi sahil zolağında iməciliklər təşkil olunub.
Ekologiya Nazirliyi "Xəzər həftəsi" çərçivəsində sahil zolağında iməciliklər keçirib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir B.Hacıyev/

Beynəlxalq Dəniz Günü ərəfəsində Azərbaycanda "Xəzər həftəsi"nin qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq sentyabrın 30-da Bakı və Sumqayıt şəhərlərinin Xəzər dənizi sahil zolağında iməciliklər təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, iməciliklərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə bələdiyyə, ictimaiyyət, QHT nümayəndələri də iştirak edib və Buzovna qəsəbəsinin sahil zolağındakı 20 hektar ərazi 15 kubmetrdən artıq, Sumqayıt şəhəri Nəsimi adına parkla Xəzər dənizi arasındakı sahil zolağının 5 hektar ərazisi isə 8 kubmetrdən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.

"Xəzər həftəsi" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilmiş bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda, ictimaiyyətin maarifləndirilməsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti