...

Zarafat ən ciddi dərmanı əvəz etməyə qadirdir

Cəmiyyət Materials 30 Sentyabr 2011 19:27 (UTC +04:00)
Gülüş əqli zəiflikdən əziyyət çəkən insanlar üçün əla vasitədir. O, dərman kimi əlavə təsirlərin yaranmasına yol açmadan onların səhhətini yaxşılaşdıra bilər.
Zarafat ən ciddi dərmanı əvəz etməyə qadirdir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Gülüş əqli zəiflikdən əziyyət çəkən insanlar üçün əla vasitədir. O, dərman kimi əlavə təsirlərin yaranmasına yol açmadan onların səhhətini yaxşılaşdıra bilər. Belə bir qənaətə Yeni Cənubi Uels Universitetinin əməkdaşları gəliblər. Onların fikrincə, bir neçə dəqiqəlik gülüş antipsixotrop preparatları əvəz edir. Bu barədə Trend "The Daily Mail" qəzetinə istinadən yazır.

Belə bir nəticəyə 36 qocalar evinin 400 sakinindən seçilmiş bir qrup üzərində müşahidələr əsasında gəlinib. Psixoloq onların üzərində gülüş terapiyasını təcrübədən keçirib. Təcrübədə işturak edən Jan-Pol Bel oyun, zarafat və mahnılardan istifadə etməklə gülüş terapiyası seansları keçirib. Belə yanaşma insanların həyəcanlanma dərəcəsini 20 faiz azaltmağa imkan verib.

Araşdırmanın rəhbəri, universitet yanındakı Psixiatriya Məktəbinin əməkdaşı Li-Fey Lounun sözlərinə görə, belə nəticə cüzi görünə bilər. "Lakin adətən bipolyar pozğunluq və şizofreniya zamanı istifadə olunan preparatlar da analoji nəticə verir. O da vacibdir ki, belə yanaşma təkcə pasiyentin deyil, tibbi personalın vəziyyətini də yaxşılaşdırsın", - o deyib.

Xəbər lenti

Xəbər lenti