Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/
Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Fərid Mansurovun istefasını federasiya hələ qəbul etməyib, bu, hələ müzakirə olunmalıdır. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.
"Sözsüz ki, o, cavan məşqçidir, təcrübəsi yoxdur. Məncə onun tərəfindən belə qəti yanaşma düzgün deyil", - Rəhimov bildirib.
Nazir əlavə edib ki, Azərbaycanın Elçin Cəfərov kimi təcrübəli məşçisi var və Fərid Mansurovun fikri qəti olarsa, o, bu vəzifəni icra edə bilər.
Fərid Mansurov dünən istefaya getməsi ilə bağlı qərar qəbul edib.
Güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Fərid Mansurovun istefası müzakirə olunmalıdır - nazir
Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Fərid Mansurovun istefasını federasiya hələ qəbul etməyib, bu, hələ müzakirə olunmalıdır.