...

Azərbaycanda bütün idman növləri inkişaf etməlidir - nazir

Cəmiyyət Materials 1 Oktyabr 2011 14:57 (UTC +04:00)
Azərbaycanda bütün idman növləri inkişaf etməlidir. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov sportinq idman növü üzrə yığma komandanın üzvləri ilə görüşündə deyib.
Azərbaycanda bütün idman növləri inkişaf etməlidir - nazir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bütün idman növləri inkişaf etməlidir. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov sportinq (stend atıcılığının müxtəlif növçülüyü) idman növü üzrə yığma komandanın üzvləri ilə görüşündə deyib. Məlumatı şənbə günü nazirliyin mətbuat xidməti yayıb.

Nazirlikdə baş tutan görüşün əsas səbəbi sentyabrın 24-29-da Bakıda sportinq idman növü üzrə təşkil olunmuş Qran-Pri Beynəlxalq turnirinin qaliblərini təbrik etmək idi.

Rəhimov sportinq idman növü ilə məşğul olan idmançıların sayının və qələbələrinin artdığından sevindiyini bildirib.

"Mən 2016-cı ildə Olimpiya Oyunları siyahısına salınmış qolf, reqbi idman növlərinin nümayəndələri ilə də görüşlər keçirmişəm. Digər idman növlərində olduğu kimi, bu idman növündə də mütləq inkişafa nail olmaq lazımdır", - nazir deyib.

Daha sonra Qran-Pri turnirinin qaliblərinin mükafatlandırılma mərasimi olub.

4 ölkədən 31 idmançının iştirak etdiyi turnirdə qalib gələn 9 idmançı mükafatlandırılıb.

Xəbər lenti

Xəbər lenti