...

Moskvada Cənubi Qafqazda medianın vəziyyəti müzakirə olunacaq

Cəmiyyət Materials 4 Oktyabr 2011 13:24 (UTC +04:00)
Oktyabrın 5-dən 8-dək Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısı keçiriləcək.
Moskvada Cənubi Qafqazda medianın vəziyyəti müzakirə olunacaq

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir T.Hacıyev/

Oktyabrın 5-dən 8-dək Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısı keçiriləcək. Azərbaycan Mətbuat Şurasından (MŞ) çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə MŞ sədri Əflatun Amaşov da iştirak edəcək.

Toplantıda Avropada fəaliyyət göstərən Mətbuat Şuralarının fəaliyyətləri təhlil olunacaq, müxtəlif ölkələrdə bu qurumların fərqli iş prinsipləri ətrafında fikir mübadiləsi aparılacaq. Tədbirdə eyni zamanda qitədəki Mətbuat şuraları rəhbərlərinin hesabatla çıxış etmələri də nəzərdə tutulur.

MŞ sədri həmçinin Moskvada Avropa Şurasının təşəbbüsü ilə keçiriləcək, Cənubi Qafqazda və Moldovada medianın vəziyyətinə həsr olunacaq görüşə də qatılacaq. Bu görüş bir neçə ay əvvəl AŞ-nin təşəbbüsü ilə Moldovada baş tutan konfransın yekunlarının dəyərləndirilməsi baxımından əhəmiyyətlidir. Toplantıda ümumən postsovet məkanında özünütənzimləmə ilə əlaqədar vahid informasiya şəbəkəsinin yaradılması və jurnalist qurumlarının bu prosesdə oynayacaqları rola dair müzakirələr aparılacaq, məsələ ətrafında ortaq nəticəyə gəlinəcək.

Xəbər lenti

Xəbər lenti