Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
İndoneziya Konstitusiya Məhkəməsinin sədri Azərbaycana gələcək.
Azərbaycan Konstitusiya Məhkəməsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, İndoneziya Konstitusiya Məhkəməsinin sədri Mohammad Mahfud və onun müavini xanım Maria Farida İndratinin oktyabrın 19-21-də Bakıya rəsmi səfəri gözlənilir.
Səfər İndoneziyanın yüksək məhkəmə orqanının rəhbərliyinə Azərbaycanda bütün sahələrdə müşahidə edilən sürətli inkişaf ilə tanış olmağa imkan yaradacaq.
Səfər zamanı İndoneziyanın Konstitusiya Məhkəməsi sədrinin azərbaycanlı həmkarı və digər məhkəmə instansiyalarının rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə ölkələrimiz arasındakı məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişafı prespektivləri müzakirə olunacaq.