...

Sabah Bakıda Beynəlxalq "Təhsil və karyera" sərgisinin keçirilməsinə başlanacaq

Cəmiyyət Materials 5 Oktyabr 2011 14:01 (UTC +04:00)
"Iteca Caspian LLC" şirkəti və onun tərəfdaşı "ITE Group PLC" şirkətinin təşkilatçılığı ilə sabah Bakıda V "Təhsil və Karyera" sərgisinin açılışı olacaq.
Sabah Bakıda Beynəlxalq "Təhsil və karyera" sərgisinin keçirilməsinə başlanacaq

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

"Iteca Caspian LLC" şirkəti və onun tərəfdaşı "ITE Group PLC" şirkətinin təşkilatçılığı ilə sabah Bakıda V "Təhsil və Karyera" sərgisinin açılışı olacaq.

"Iteca Caspian LLC" şirkətinin direktor müavini Bəhruz Hidayətzadə sərgi ilə bağlı çərşənbə günü Trend BİA-nın konfrans zalında keçirilən mətbuat konfransında bildirib ki, bu il "Təhsil və Karyera" sərgisinə dünyanın 15 ölkəsindən 103 təhsil müəssisəsi və təşkilatı qatılacaq.

Oktyabrın 8-də yekunlaşacaq sərginin ekspozisiyasına 75-dən çox ödənişli və ödənişsiz fakültələr, ən müxtəlif ixtisaslar üzrə kurs və proqramlar daxildir. Sərgidə təqdim olunacaq eksponatların 30 faizi Azərbaycan iştirakçıların payına düşəcək.

Layihənin rəhbəri Xəyal Əliyeva isə bildirib ki, bu sərgidə 18 universitet ilə təmsil olunan Litva, 14 ali təhsil müəssisəsi ilə təmsil olunan Türkiyə, 7 universitet ilə təmsil olunan Böyük Britaniya, 4 ali təhsil müəssisəsi ilə təmsil olunan Kipr və s. öz geniştərkibli təhsil heyətləri ilə iştirak edirlər.

Sərgidə əsas diqqət yaşı 16-dan yuxarı olan ziyarətçilər üçün nəzərdə tutulmuş "ali təhsil" və "dil bacarıqlarının təkmilləşdirilməsi" sektorlarına yönəldilib.

2011-ci ilin Azərbaycan Prezidenti tərəfindən "Turizm ili" elan edilməsi ilə əlaqədar olaraq, sərgi ekspozisiyasının tərtibində də "turizm sahəsində təhsil" bölməsinə xüsusi diqqət verilib. Sərgidə 23 təhsil müəssisəsi öz fakültələrinin siyahısına turizm biznesi və mehmanxana işinin idarə olunması (hotel menecmenti) üzrə geniş çeşidli ixtisasları da daxil edib.

Xəbər lenti

Xəbər lenti