...

Azərbaycanda İran Mədəniyyəti Günlərinin keçirilməsi effektivdir – mədəniyyət naziri

Cəmiyyət Materials 6 Oktyabr 2011 12:26 (UTC +04:00)
Azərbaycanda İranın mədəniyyət günlərinin keçirilməsi iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün başlanğıcdır. Bunu Azərbaycanda səfərdə olarkən Trend-ə açıqlamasında İranın islami irşad və mədəniyyət naziri Seyid Məhəmməd Hüseyni bildirib.
Azərbaycanda İran Mədəniyyəti Günlərinin keçirilməsi effektivdir – mədəniyyət naziri

Azərbaycan, Bakı, 6 oktyabr /Trend müxbir T.Cəfərov/

Azərbaycanda İranın Mədəniyyət Günlərinin keçirilməsi iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün başlanğıcdır. Bunu Azərbaycanda səfərdə olarkən Trend-ə açıqlamasında İranın islami irşad və mədəniyyət naziri Seyid Məhəmməd Hüseyni bildirib.

Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə oktyabrın 3-dən 7-dək Azərbaycanda İran Mədəniyyəti Günləri keçirilir. 3 gün Bakıda, 2 gün Gəncədə keçirilən Mədəniyyət Günləri çərçivəsində musiqi, kino, əlyazma, teatr, əl işləri, rəssamlıq nümunələri təqdim olunub, sərgi, konfranslar və digər tədbirlər keçirilir. İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyninin başçılıq etdiyini nümayəndə heyəti oktyabrın 3-də Bakıya səfər edib.

Hüseyni deyib ki, Azərbaycan və İran arasında iqtisadi və siyasi sahələrdə dostluq əlaqələri mövcuddur və bu əlaqələr mədəniyyət sahəsində də əlaqələrin inkişaf etdirilməsi zəruriliyini yaradır.

"İki ölkə rəhbərləri, ziyalıları və xalqı mədəniyyət sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsini istəyir", - nazir deyib.

Hüseyni ötən gün Gəncə səhərində olduğunu, dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət etdiyini deyib və əlavə edib ki, Nizami Gəncəvi iki ölkə xalqını bir-birnə bağlayan böyük şairdir.

Xəbər lenti

Xəbər lenti