...

Türkiyədə fahişələr pul qarşılığında müvəqqəti nikah bağlanmasına fətva verilməsini istəyir

Cəmiyyət Materials 6 Oktyabr 2011 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Türkiyənin Dini İşlər Nazirliyi həyat qadınlarının (fahişələr) pul qarşılığında müvəqqəti nikah bağlanması ilə bağlı müraciətini müsbət cavablandırmayıb.

Trend-in Türkiyənin "Axşam" qəzetinə istinadən verdiyi məlumata görə, hayat qadınlarının problemləri ilə məşğul olan "İnsanca Yaşamı Dəstəkləmə Dərnəyi" Nazirliyə müraciət edərək bu qadınların bir yerdə olduqları kişilərlə pul qarşılığında müvəqqəti nikah (muta nikahı) bağlanmasına icazə verən fətva verməsini xahiş edib.

"İnsanca Yaşamı Dəstəkləmə Dərnəyi" bu qadınların cəmləşdiyi evlərdə belə əlaqələrin dini baxımdan zina olduğunu əsas gətirərək, bu problemin muta nikahı vasitəsilə "qanuniləşdirilməsini" istəyib.

Nazirlik isə müraciəti rədd edib və qadınlara "ərinizdən başqa digər kişilərlə münasibət haramdır" cavabını verib.

Xəbər lenti

Xəbər lenti