...

Hindistan genetikləri nadir ağacın şifrini açıblar

Cəmiyyət Materials 6 Oktyabr 2011 20:47 (UTC +04:00)
İnsan geninin şifrini açmaqla məşğul olan həmkarlarından fərqli olaraq, Hindistan alimləri ağacların genetik koduna müraciət ediblər.
Hindistan genetikləri nadir ağacın şifrini açıblar

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

İnsan geninin şifrini açmaqla məşğul olan həmkarlarından fərqli olaraq, Hindistan alimləri ağacların genetik koduna müraciət ediblər. Bu sahədə onlar artıq ilk uğur qazana biliblər. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən xəbər verir. Alimlər nim ağacının şifrini açıblar. Bu həmişəyaşıl bitki bütün Hindistanda, eləcə də Pakistanda, Myanmada və Banqladeşdə bitir.

Hindlilər onu "ilahi", "bütün xəstəliklərdən sağaldan dərman" və "kənd apteki" adlandırırlar. Bu ağacdan xalq təbabətində ənənəvi olaraq qanı təmizləyən, dişləri xəstəliklərdən qoruyan, kəpəkdən xilas edən, bakterioloji və virus infeksiyalarını məhv edən vasitə kimi istifadə olunur. Habelə nimdən hazırlanan preparatlar diabetiklərə də müsbət təsir edir.

Məlumdur ki, nimin gövdəsi, kökü və qabığı malyariya əleyhinədir və ümumi möhkəmləndirici xassələrə malikdir. Onun toxumundan isə kosmetik vasitələrin tərkib hissəsi və zülal əlavəsi kimi istifadə olunur.

Banqalordan olan tədqiqat qrupunun uğurları barədə qrupun rəhbəri Binay Panda danışır. Onun sözlərinə görə, ilk dəfə nim kimi belə yüksək mütəşəkkilliyə malik orqanizmin genini ayırmaq mümkün olub. İndi onlar bütün tədqiqatçılara bu ağacın genetik məlumat bankını açmağa hazırdırlar. Ola bilsin ki, bu məlumat nim ağacının nə üçün müalicəvi xüsusiyyətlərə malik olduğunu izah edəcək.

İndi nim ağacının DNT-si məlum olduqda, o cümlədən gen mühəndisliyinin köməyi ilə daha effektiv dərman və kosmetik preparatlar yaratmaq mümkündür. Hind alimlərin fikrincə, onların qarşısında tədqiqatlar və təcrübələr üçün daha geniş meydan açılıb.

Xəbər lenti

Xəbər lenti