...

Bakıda məzun yarmarkası keçiriləcək

Cəmiyyət Materials 12 Oktyabr 2011 15:38 (UTC +04:00)
Bakıda oktyabrın 13-də məzun yarmarkası açılacaq.
Bakıda məzun yarmarkası keçiriləcək

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir M.Əliyev/

Bakıda oktyabrın 13-də məzun yarmarkası açılacaq. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yarmarka saat 11:00-da Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında (Bakı şəhər İcra Hakimiyyətinin yanı) təşkil olunacaq və saat 18:00-dək davam edəcəyi gözlənilir.

Yarmarkanın keçirilməsində məqsəd ali təhsil müəssisələrində təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə kömək göstərməkdir.

Xəbər lenti

Xəbər lenti