...

Lənkəranda əlilliyə səbəb olan faktorların öyrənilməsi mövzusunda müşavirə keçirilib

Cəmiyyət Materials 14 Oktyabr 2011 16:30 (UTC +04:00)
Lənkəran rayonunda "Əlilliyə səbəb olan faktorların öyrənilməsi, əlillik vəziyyəti, əlilliyin baş verməsi və ağırlaşması hallarının qarşısının alınmasında fərdi reabilitasiya proqramının icrasının əhəmiyyəti" mövzusunda zona müşavirəsi kecirilib.
Lənkəranda əlilliyə səbəb olan faktorların öyrənilməsi mövzusunda müşavirə keçirilib

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Cümə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda "Əlilliyə səbəb olan faktorların öyrənilməsi, əlillik vəziyyəti, əlilliyin baş verməsi və ağırlaşması hallarının qarşısının alınmasında fərdi reabilitasiya proqramının icrasının əhəmiyyəti" mövzusunda zona müşavirəsi kecirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin, habelə bölgə üzrə Tibbi-sosial ekspert komissiyalarının, Əhalinin sosial müdafiəsi mərkəzlərinin, bərpa-müalicə müəssisələrinin, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinin və QHT-lərin nümayəndələri iştirak ediblər.

Tədbirdə bölgədə əlilliyi doğuran faktorların öyrənilməsi, əlilliyin müəyyən edilməsi, ilkin əlilliyin profilaktikası, bu istiqamətdə aparılan kompleks tədbirlərin genişləndirilməsi ilə bağlı müxtəlif dövlət orqanları və ictimai təşkilat nümayəndələri ilə informasiya mübadiləsinin həyata keçirilməsi məsələsi müzakirə edilib, müvafiq təhlillər aparılıb.

Əlilliyin təyinatı və əlillərin reabilitasiyası işlərində şəffaflığın artırılmasını təmin etmək, müayinə olunan şəxslərin reabilitasiya imkanlarını dürüst qiymətləndirmək məqsədinə xidmət edən müşavirədə fiziki məhdudiyyətli şəxslərin reabilitasiya potensialının səviyyə və xarakterinin müəyyən olunmasına təsir edən pozitiv amillərin rolunun gücləndirilməsi, müalicə-profilaktika müəssisələri ilə tibbi-sosial ekspert komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı əməkdaşlığının təmin edilməsi və s. məsələlərə diqqət yetirilib. Eyni zamanda, əlil insanların sosial adaptasiyası və sosial statusunun müəyyən edilməsində fərdi reabilitasiya proqramının əhəmiyyətindən bəhs edilib.

Müşavirə həmçinin əlil insanların sosial həyata inteqrasiyası, onların cəmiyyətin digər vətəndaşları ilə bərabər imkanlar qazanması, saglam həyat tərzinin təbliği və əlillik problemləri ilə baglı effektiv maarifləndirmə tədbiri kimi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti