...

Bakı məktəbəqədər təhsil müəssisələri qış mövsümünə necə hazırlaşıb?

Cəmiyyət Materials 15 Oktyabr 2011 11:40 (UTC +04:00)
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin yarısının istilik sistemi müasirləşdirilməyib.
Bakı məktəbəqədər təhsil müəssisələri qış mövsümünə necə hazırlaşıb?

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin yarısının istilik sistemi müasirləşdirilməyib. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əlıqızı deyib.

Əliqızı bildirib ki, hazırda BŞTİ-nin tabeliyində 308 məktəbəqədər təhsil müəssisəsi var. Onun sözlərinə görə, istilik sistemi müasirləşdirilməyən məktəbəqədər təhsil müəssislələrində bu problemin yaxın illərdə həll ediləcəyi gözlənilir.

Onun sözlərinə görə, orta məktəblərin hamısı istilik sistemi ilə təchiz olunub. Onlar qış mövsümünə tam hazırdılar.

Xəbər lenti

Xəbər lenti