...

Misir Mərdanov: Azərbaycanda yaş senzi ilə bağlı müəllim çatışmazlığı problemi yaşanmır

Cəmiyyət Materials 19 Oktyabr 2011 13:38 (UTC +04:00)
Azərbaycanda yaş senzi ilə əlaqədar müəllimlərin təqaüdə göndərilməsindən sonra rayon mərkəzlərində, şəhərlərdə, əhalinin sıx məskunlaşdığı qəsəbələrdə müəllim çatışmazlığı ilə bağlı problem yaşanmayıb.
Misir Mərdanov: Azərbaycanda yaş senzi ilə bağlı müəllim çatışmazlığı problemi yaşanmır

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda yaş senzi ilə əlaqədar müəllimlərin təqaüdə göndərilməsindən sonra rayon mərkəzlərində, şəhərlərdə, əhalinin sıx məskunlaşdığı qəsəbələrdə müəllim çatışmazlığı ilə bağlı problem yaşanmır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

Mərdanov belə problemin yalnız ucqar kəndlərdə olduğunu vurğulayıb.

"Ucqar kəndlərdə, dağlıq yerlərdə müəyyən problemlər var və biz də onu həll etməyə çalışırıq", - nazir deyib.

Mərdanov həmçinin bildirib ki, böyük məktəblərin hər birində rəsmi psixoloq xidməti təmin edilib.

"Kiçik məktəblərdə müəyyən çətinliklər var və respublikada eyni zamanda bu işi görməyi bacaran psixoloqların sayı da kifayət qədər deyil. Bu istiqamətdə iş aparırıq", - o deyib.

Mərdanov saxta diplomla işləyən müəllimlərin məsələsinə də aydınlıq gətirib.

"Azərbaycanın müəssisələrində işçilərin saxta diplomla işləməsi qanunaziddir. Təəssüf ki, bu gün belə hallar mövcuddur və bununla mübarizə aparılır. Dəqiq rəqəm göstərmək çətindir. Hər gün yeni saxta diplomlar müəyyən edilir", - nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti