...

Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edir

Cəmiyyət Materials 20 Oktyabr 2011 12:18 (UTC +04:00)
Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edib
Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edir

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildirilib ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında dəyişkən və rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də, oktyabrın 20-dən 21-nə keçən gecə və səhər yağış yağacağı gözlənilir. Gündüz havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13, gündüz 15-19 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 21-də arabir yağış yağacağı, bəzi şərq rayonlarında leysan xarakterli olacağı, gündüz qərb rayonlarında tədricən kəsiləcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti