...

ABŞ Azərbaycanla birgə gənc qadınlara yardım proqramı hazırlayır – Brayza

Cəmiyyət Materials 21 Oktyabr 2011 12:11 (UTC +04:00)
ABŞ Azərbaycanla birgə adətən qızların məktəbi bitirmədən və erkən ərə getdikləri uğursuz ailələrdən olan qızlar üçün texniki-peşə məktəbinin açılması üzrə proqram hazırlayır.
ABŞ Azərbaycanla birgə gənc qadınlara yardım proqramı hazırlayır – Brayza

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir V.Javoronkova/

ABŞ Azərbaycanla birgə adətən qızların məktəbi bitirmədən və erkən ərə getdikləri uğursuz ailələrdən olan qızlar üçün texniki-peşə məktəbinin açılması üzrə proqram hazırlayır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza "Save the children" təşkilatının layihəsinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

"Bu gün burada müzakirə etdiyimiz hamımızın təşəbbüs göstərdiyimiz daha geniş səylərin bir hissəsidir. Mən Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, eləcə də Təhsil Nazirliyindən olan tərəfdaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Biz qadınların üzləşdikləri sosial və iqtisadi maneələri kənarlaşdırmağa kömək etmək üçün birgə çalışırıq", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti