...

Beynəlxalq Atom Enerjisi Agentliyi Azərbaycanla birgə beş yeni layihənin icrasına razılıq verib

Cəmiyyət Materials 24 Oktyabr 2011 13:59 (UTC +04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Azərbaycanla birgə beş yeni layihənin həyata keçirilməsinə razılıq verib. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.
Beynəlxalq Atom Enerjisi Agentliyi Azərbaycanla birgə beş yeni layihənin icrasına razılıq verib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Azərbaycanla birgə beş yeni layihənin həyata keçirilməsinə razılıq verib. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi həmin layihələri BAEA-ya təqdim edib. Artıq həmin texniki əməkdaşlıq layihələrinin təsdiqi barədə qarşılıqlı razılıq əldə olunub.

Layihələr 2012-2014-cü illəri əhatə edir.

Qəribov bildirib ki, layihələr Radiasiya Problemləri İnstitutu, Milli Onkologiya Mərkəzi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi və nazirliyin "İzotop" mərkəzinin təklifi ilə hazırlanıb. Layihələrdən biri Azərbaycanda sterilizasiya qurğusunun dozimetriya laboratoriyasının quraşdırılması ilə bağlıdır. Bu laboratoriyanın 2012-2014 illərdə quraşdırılması nəzərdə tutulur.

Qəribovun sözlərinə görə, layihələrin dəyərinin 5 faizi Azərbaycan tərəfindən ödənilməlidir.

O bildirib ki, hazırda Azərbaycanda səfərdə olan BAEA-nın ölkə üzrə nümayəndəsi Andrey Çupov respublikada bu qurumla birgə icra edilən layihələrin gedişi ilə maraqlanır. Oktyabrın 27-dək davam edəcək səfər müddətində Çupov Milli Onkologiya Mərkəzi, Radiasiya Problemləri İnstitutu, Fövqəladə Hallar Nazirliyi, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, "İzotop" mərkəzində görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti