...

Gələn ildən Azərbaycanın bəzi ümumtəhsil məktəblərində şahmat dərsləri tədris olunacaq

Cəmiyyət Materials 24 Oktyabr 2011 14:56 (UTC +04:00)
2012-ci ildən başlayaraq Azərbaycanın rayon və şəhərlərində seçilmiş bir ümumtəhsil məktəbində şahmat dərsləri tədris olunacaq.
Gələn ildən Azərbaycanın bəzi ümumtəhsil məktəblərində şahmat dərsləri tədris olunacaq

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

2012-ci ildən başlayaraq Azərbaycanın rayon və şəhərlərində seçilmiş bir ümumtəhsil məktəbində şahmat dərsləri tədris olunacaq. Təhsil Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, nazir Misir Mərdanovun imzaladığı əmrdə bu, "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrası istiqamətində görülən tədbirlərdən biri kimi qeyd edilir.

Əmrdə şahmat dərslərinin təşkil olunması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə tapşırırlar verilib.

Əmrdə göstərilir ki, şahmat dərslərinin təşkilində məqsəd Dövlət Proqramında nəzərdə tutulan tədbirləri həyata keçirmək, respublikamızda şahmat idman növünü daha da inkişaf etdirmək, şagirdlərin intellektual səviyyəsini yüksəltmək, şahmatın kütləviliyinə nail olmaqdır.

Nazir bununla əlaqədar təhsil şöbələrinin müdirlərinə tabeliklərində olan ümumi təhsil məktəblərində işləyən fiziki tərbiyə müəllimləri və şahmat üzrə idman dərəcəsi olan fənn müəllimləri haqqında məlumatları 10 gün müddətinə təqdim edilən cədvəllərə uyğun (elektron versiyası ilə birlikdə) nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinə təqdim etməyi tapşırıb.

Xəbər lenti

Xəbər lenti