Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Prezidentinin göstərişi ilə fəlakət bölgəsində olan 19 Azərbaycan vətəndaşı - Van vilayətində təhsil sahəsində çalışan professor-müəllim heyəti və onların ailə üzvləri Fövqəladə Hallar Nazirliyinin (FHN) bölgəyə yardım aparmış təyyarəsi ilə Bakı şəhərinə gətirilir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi FHN-in rəsmi saytı məlumat yayıb.
FHN xilasediciləri tərəfindən axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 23 yaşlı gənc oğlan xilas edilib və daha 2 qadın cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.