...

Azərbaycan Türkiyədə zəlzələdən zərərçəkənlərə növbəti yardım göndərir

Cəmiyyət Materials 26 Oktyabr 2011 18:34 (UTC +04:00)
Bu gün Fövqəladə Hallar Nazirliyi tərəfindən avtomobil karvanı ilə Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkmiş insanlara növbəti yardım yola salınacaq.
Azərbaycan Türkiyədə zəlzələdən zərərçəkənlərə növbəti yardım göndərir

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Fövqəladə Hallar Nazirliyi tərəfindən avtomobil karvanı ilə Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkmiş insanlara növbəti yardım yola salınacaq.

Trend-in çərşənbə günü nazirliyin internet saytına istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyevin göstərişinə əsasən, bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyi tərəfindən avtomobil karvanı ilə Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkmiş insanlara növbəti yardım yola salınacaq.

Həmin avtomobil karvanı ilə 1000 ədəd çadır (hər biri 24 kv.m), 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2000-dən artıq adyal təbii fəlakət bölgəsinə göndəriləcək.

Qeyd edək ki, artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən 250 çadır, 700 səhra yataq dəsti, 3000 adyal, 2000 yataq dəsti və 2 səhra mətbəxi təbii fəlakət bölgəsinə çatdırılıb.

Göndərilmiş çadırlardan ibarət "çadır şəhərciyi" bu gün axşam saatlarında quraşdırılaraq zərərçəkmiş əhaliyə təhvil veriləcək.

Həmçinin, nazirliyin xilasediciləri ilk saatlardan etibarən türk həmkarları ilə birlikdə zəlzələ bölgəsində axtarış-xilasetmə işlərində yaxından iştirak edirlər.

Azərbaycanlı xilasedicilər tərəfindən indiyədək 41 cəsəd dağıntılar altından çıxarılıb, 10 nəfər isə xilas edilib.

Xəbər lenti

Xəbər lenti