...

DİN polis orqanlarındakı vakant orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edir

Cəmiyyət Materials 29 Oktyabr 2011 11:21 (UTC +04:00)
Daxili İşlər Nazirliyi polis orqanlarındakı vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı müsabiqə elan edib.
DİN polis orqanlarındakı vakant orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi polis orqanlarındakı vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı müsabiqə elan edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Astara, Ağsu, Ağdam, Cəlilabad, Gədəbəy, Qobustan, Lerik, Masallı, Şəki, Zaqatala, Zərdab şəhər, rayon polis şöbələrinə cinayət axtarış üzrə əməliyyat müvəkkili, Biləsuvar, Cəlilabad, Gəncə şəhəri Nizami, Xaçmaz, Qax, Lerik, Sabirabad, Şəki, Zaqatala şəhər və rayon polis idarə və şöbələrinə təhqiqatçı vəzifələrinə kadr axtarılır.

Astara, Ağdam, Cəlilabad, Gəncə şəhər Kəpəz, Gədəbəy, Hacıqabul, Qax, Qusar, Quba, Şəki, Tərtər, Tovuz, Zərdab şəhər və rayon idarə və şöbələrində vakant olan polis sahə inspektoru vəzifəsi də müsabiqəyə çıxarılıb.

Astara, Ağsu, Ağdam, Goranboy, Gədəbəy, Xaçmaz, Kürdəmir, Qusar, Lənkəran, Laçın, Sabirabad, Şabran, Şəki, Yardımlı, Zəngilan şəhər və rayon polis idarə və şöbələrinə yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsinə işçi axtarılır.

Müsabiqə test imtahanları və müsahibədən ibarətdir.

Test imtahanları TQDK tərəfindən təsdiq olunmuş proqramlara və daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabliyyətini müəyyən edən suallar üzrə keçirilir.

Müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas və ya müəllim ixtisası almış, yaşı 30-dan yuxarı olmayan, boyu kişilər üçün 165 sm, qadınlar üçün 160 sm-dan yuxarı olan, Bakı, Sumqayıt və Abşeronda yaşayan və qeydiyyatda olan Azərbaycan vətəndaşları istisna olmaqla, digər vətəndaşlar iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyənlərin sənədləri noyabrın 1-dən 30-dək şəhər, rayon polis idarə və şöbələrinə (Bakı, Sumqayıt və Abşeron istisna olmaqla) qəbul olunur.

Müsabiqə qaliblərinin elan edilən vakant vəzifələrə təyinatından sonra onların xidməti iş yerləri Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən daxili işlər orqanlarına 5 il müddətinə dəyişdirilməyəcək.

Xəbər lenti

Xəbər lenti