...

Azərbaycanın Türkiyədəki səfiri zəlzələ zamanı yaralanan azərbaycanlıya baş çəkib

Cəmiyyət Materials 29 Oktyabr 2011 20:55 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov şənbə günü zəlzələ zamanı yaralanan azərbaycanlı Vüsalə Çalışkana baş çəkib. Bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsevər Salmanov vildirib.
Azərbaycanın Türkiyədəki səfiri zəlzələ zamanı yaralanan azərbaycanlıya baş çəkib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov şənbə günü zəlzələ zamanı yaralanan azərbaycanlı Vüsalə Çalışkana baş çəkib. Bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsevər Salmanov vildirib.

Oktyabrın 23-də Türkiyənin Van vilayətində baş vermiş zəlzələ nəticəsində yaralanmış Vüsalə Çalışkan hal hazırda Ankara şəhərində yerləşən "Ankara Nümunə Xəstəxanasında" müalicə olunmaqdadır.

Türkiyə vətəndaşı Murad Çalışkan ilə yeni ailə həyatı qurmuş azərbaycanlı Vüsalə Çalışkanı şənbə günü müalicə olunduğu xəstəxanada Səfir Faiq Bağırovla birlikdə Səfirlik əməkdaşları ziyarət etmişlər.

Səfir Faiq Bağırov onun səhhəti barədə həkimlərdən və ailə üzvlərindən məlumat almış, onunla bir qədər söhbət etmiş və ailəsinin problemləri ilə maraqlanmışdır. Səfir, Vanda baş vermiş təbii fəlakətin çox ağır nəticələrindən bəhs etmiş, Prezident İlham Əliyevin göstərişi ilə ölkəmizin fəlakətdən dərhal sonra zəlzələ bölgəsinə yardımlar çatdırmasının qardaşlığımızın bir təzahürü olduğundan söz açmış, Vüsaləyə göstərilən qayğıya görə xəstəxana həkimlərinə və tibb bacılarına dərin minnətdarlığını ifadə etmişdir.

Ziyarət zamanı zəlzələdən zərərçəkmiş Vüsalə Çalışkanın ailəsinə Səfirliyin maddi yardımları da təqdim olunmuşdur.

Xəbər lenti

Xəbər lenti