...

Dünya Azərbaycanlı Qadınlarının I Qurultayı keçirilib (FOTO)

Cəmiyyət Materials 31 Oktyabr 2011 13:09 (UTC +04:00)
Dünya Azərbaycanlı Qadınlarının I Qurultayı keçirilib. Bu barədə bazar ertəsi Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib.
Dünya Azərbaycanlı Qadınlarının I Qurultayı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir T.Hacıyev/

Dünya Azərbaycanlı Qadınlarının I Qurultayı keçirilib. Bu barədə bazar ertəsi Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib.

İsveçin paytaxtı Stokholm şəhərində Azərbaycan Federasiyası - İsveçin (AFİ) dəstəyi ilə keçirilən qurultayda Azərbaycan, Türkiyə, Finlandiya, Almaniya və İsveçin müxtəlif şəhərlərindən olan ictimai fəal qadınlar iştirak edib.

Qurultayın fəxri qonağı və əsas məruzəçisi millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva olub.

Azərbaycanın dövlət himninin səslənməsi ilə açıq elan edilən Qurultayda ilk olaraq 4 divan üzvü seçilib. Qənirə Paşayeva divan sədri, Əfsanə Sevigin müavin, Səadət Kərimi və Ayda Əmir Haşimi isə katib seçiliblər.

Qurultayı ilk məruzə ilə Qənirə Paşayeva açdıqdan sonra AFİ sədri Səttar Sevigin, İsveç Türk Gənclik Federasiyasının keçmiş sədri Pınar Mərmər, İsveç Türk Federasiyasının sədri Əhməd Önal, Türkiyədən Gülara Yenisey, İsveçdən Azər Heydərqızı, Eluca Atalı, Əfsanə Sulduzlu, Səadət Kərimi, İlahə Cəfərli və Finlandiyadan Arzu Muradlı məruzə ilə çıxış ediblər. Məruzəçilər Azərbaycan qadınının tarix boyu rolu, bu gün qarşıda duran problemləri və onların həlli yolları, Azərbaycan dövlətinin qadınlara göstərdiyi diqqət, anaların vəzifələri və digər mövzularda nitq söyləyiblər. Daha sonra qurultayın sənədləri qəbul olunub.

Qurultay Ermənistanın Azərbaycana təcavüzünü kəskin qınayan bəyanat qəbul edib.

Qurultayın yekunu olaraq Azərbaycan Qadınları Federasiyasının yaradılması istiqamətində işlərə start verilməsinə dair qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti