Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan ərazisindəki yağışlı hava şəraiti rayonlarda problemlər yaradıb.
Trend-in çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 28-30-da respublika ərazisində hava şəraiti dəyişib, bəzi şəhər və rayonlarda yağış yağıb.
Nəticədə Salyan, Neftçala və Biləsuvar rayonlarında bəzi ərazilər yağış suları altında qalıb.
Yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi texnika vasitəsilə həmin ərazilərin yağış sularından təmizlənməsini həyata keçirir.
Azərbaycandakı yağışlı hava şəraiti rayonlarda problemlər yaradıb
Azərbaycan ərazisindəki yağışlı hava şəraiti rayonlarda problemlər yaradıb.