...

Azərbaycanda magistral yolların kənarlarının yaşıllaşdırılması ilə bağlı layihələr həyata keçiriləcək

Cəmiyyət Materials 1 Noyabr 2011 12:58 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi gələn il magistral yolların kənarlarının yaşıllaşdırılması və abadlaşdırılması ilə bağlı layihələr həyata keçirəcək.
Azərbaycanda magistral yolların kənarlarının yaşıllaşdırılması ilə bağlı layihələr həyata keçiriləcək

Azərbaycan, Bakı, 1 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi gələn il magistral yolların kənarlarının yaşıllaşdırılması və abadlaşdırılması ilə bağlı layihələr həyata keçirəcək. Bunu çərşənbə axşamı "Xəzər: Ətraf mühit üçün texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərginin təşkili ilə bağlı Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirilən mətbuat konfransında ETSN-in Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.

Onun sözlərinə görə, yaşıllaşdırma tədbirləri bir neçə istiqamətdə aparılacaq.

Magistral yolların kənarlarının yaşıllaşdırılması və abadlaşdırılması şimal, qərb, cənub istiqamətləri üzrə həyata keçiriləcək.

Səttar-zadə bildirib ki, ETSN növbəti ildə Abşeron yarımadasının müxtəlif yerlərində yaşıllaşdırma tədbirləri və müasir suvarma sistemlərinin quraşdırılması, tullantı sularının suvarmada təkrar istifadəsi layihələrini həyata keçirməyi nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti