...

Bakı İstintaq Təcridxanasında keçirilən monitorinqin nəticələri açıqlanıb

Cəmiyyət Materials 2 Noyabr 2011 13:55 (UTC +04:00)
nsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrup Bakı İstintaq Təcridxanasında keçirdiyi monitorinqin nəticələrini elan edib
Bakı İstintaq Təcridxanasında keçirilən monitorinqin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

İnsan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə birgə işçi qrup Bakı İstintaq Təcridxanasında keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, çərşənbə günü monitorinqin nəticələrinə həsr olunmuş mətbuat konfransında çıxış edən Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan Pol Muraman bildirib ki, təcridxanada saxlanılan 1700-dək şəxsin 90 faizindən çoxunun cinayətləri istintaqla sübuta yetirilib.

Təcridxanada saxlanılan şəxslər üçün yaradılan şəraiti müsbət qiymətləndirən ekspert həmin şəxslərə ailələri və vəkilləri ilə görüş üçün şərait yaradıldığını, müdafiə sənədləri ilə tanış olmaq imkanı verildiyini qeyd edib.

Siyasi məhbus anlayışına toxunan belçikalı hakim bildirib ki, nə yerli, nə də beynəlxalq qanunvericilikdə siyasi məhbus anlayışı dəqiq şərh olunub.

Avropa Şurasının ekspertlərinin Azərbaycanda siyasi məhbusların olmaması ilə bağlı açıqlamalarına diqqət yönəldən ekspert bildirib ki, siyasi məhbus anlayışının tərifinin verilməməsi Avropa Şurasının işinə xələl gətirir.

Muraman Azərbaycanda həbsdə olan jurnalistlərin azad olunmasını müsbət dəyərləndirib.

İşçi qrup monitorinqin nəticələrini ümumilikdə müsbət qiymətləndirib.

İşçi qrupda Azərbaycanın insan hüquqları təşkilatlarının nümayəndələri ilə yanaşı, xarici ekspertlər də təmsil olunur.

Xəbər lenti

Xəbər lenti