...

"Neftçi"nin futbolçusu 4 oyunluq diskvalifikasiya edildi

Cəmiyyət Materials 10 Noyabr 2011 15:27 (UTC +04:00)
XX Unibank Premyer Liqasının XII turunun noyabrın 6-da keçirilmiş “Neftçi” – “Xəzər Lənkəran” görüşündə flaqmanın rəqib oyunçuya qarşı sərt hərəkət etmiş oyunçusu Rəşad Abdullayevi klubundan sonra AFFA da cəzalandırıb.
"Neftçi"nin futbolçusu 4 oyunluq diskvalifikasiya edildi

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

XX Unibank Premyer Liqasının XII turunun noyabrın 6-da keçirilmiş "Neftçi" - "Xəzər Lənkəran" görüşündə flaqmanın rəqib oyunçuya qarşı sərt hərəkət etmiş oyunçusu Rəşad Abdullayevi klubundan sonra AFFA da cəzalandırıb.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın ali futbol qurumunun İntizam Komitəsinin qərarı ilə Abdullayev 4 oyunluq diskvalifikasiya edilib. Klubu isə buna görə 4000 manat cərimə olunub.

Bundan əlavə, Hakimlər Komitəsinə oyunun hakimlər briqadası haqqında lazımı ölçü götürüb İntizam Komitəsinə yazılı məlumat verməsi tapşırılıb.

"Neftçi" peşəkar futbol klubunun oyunçusu Rəşad Abdullayev klubun daxili intizam kodeksini pozduğuna görə cəzalandırılıb. Bununla bağlı qərar PFK-nın iclasında qəbul edilib. Bu barədə Trend-ə klubdan məlumat verilib.

Xəbər lenti

Xəbər lenti