Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir B.Hacıyev/
Noyabrın 12-13-də Moskvada keçiriləcək Avropa Millətlər Kuboku turnirində püşkatma mərasimi keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından cümə günü Trend-ə verilən məlumata görə, sərbəst güləş üzrə yığma komandamız A qrupunda Bolqarıstan və Belarus yığmaları ilə mübarizə aparacaq. B qrupunda isə Rusiya, Gürcüstan və Türkiyə pəhləvanları qarşılaşacaq. Yunan-Roma güləşi üzrə yığma komandaların yarışında isə Rusiya, Türkiyə və Belarus A qrupunda, Azərbaycan, Ukrayna və Bolqarıstan isə B qrupunda yer alıb.
Yarışlar Bakı vaxtı il, saat 09:00-da başlayacaq. Görüşləri online olaraq http://wrestrus.ru/online/ saytından izləmək mümkün olacaq.