...

Azərbaycan "Dubay-2011" aerokosmik sərgi və konfransında təmsil olunub (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2011 20:03 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Dubay-2011" Aerokosmik Beynəlxalq sərgi və konfransı keçirilib.
Azərbaycan "Dubay-2011" aerokosmik sərgi və konfransında təmsil olunub (FOTO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Dubay-2011" Aerokosmik Beynəlxalq sərgi və konfransı keçirilib.

Azərbaycan BƏƏ-dəki səfirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, ölkəmizi bu tədbirdə Azərbaycanın Hərbi Hava Qüvvələri komandanı, müdafiə nazirinin müavini general-mayor Altay Mehdiyevin başçılığı ilə nümayəndə heyəti təmsil edib.

Həmçinin, tədbir ərəfəsində keçirilmiş sərgidə Gəncə Aviatəmir zavodu öz məhsullarını sərgidə nümayiş etdirib. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri, Dubayın Əmiri Şeyx Mohamed Al Maktum ilə görüş keçirib.

Səfirlik Azərbaycan nümayəndə heyətinin bu tədbirdə iştirakla bağlı irəli gələn məsələlərin həlli istiqamətində öz yardımını göstərib.

Noyabrın 13-də başlayan "Dubay-2011" Aerokosmik Beynəlxalq sərgi və konfransı noyabrın 17-dək dabvam edəcək.

Xəbər lenti

Xəbər lenti