...

Azərbaycan jurnalistləri üçün qlobal iqlim dəyişikliyi sahəsində təlim proqramı hazırlanıb (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2011 17:04 (UTC +04:00)
Azərbaycan jurnalistləri üçün qlobal iqlim dəyişikliyi sahəsində təlim proqramı hazırlanıb.
Azərbaycan jurnalistləri üçün qlobal iqlim dəyişikliyi sahəsində təlim proqramı hazırlanıb (FOTO)

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan jurnalistləri üçün qlobal iqlim dəyişikliyi sahəsində təlim proqramı hazırlanıb.

Azərbaycan Mətbuat Şurasının mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata gorə, bu gün Mətbuat Şurasında MŞ-nin YUNESKO-nun Moskva ofisi ilə birgə müqaviləsinə əsasən Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqram (KİBP) çərçivəsində reallaşdırılan "Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması" layihəsi üzrə müzakirələr aparılıb.

Müzakirələrdə başlıca mövzu jurnalistlər üçün hazırlanmış təlim proqramı olub.

Görüş zamanı sənədin geniş ictimai müzakirəsinin təşkilinin də zəruri olduğu bildirilib. Layihə bu ilin avqust ayının 1-dən reallaşdırılır.

YUNESKO-nun dəstəyi ilə icra olunan layihənin rəhbəri Azərbaycan Mətbuat Şurası, icraçı tərəfdaşlar isə YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondudur.

Xəbər lenti

Xəbər lenti