...

Azərbaycanın poçt operatoru mikrokreditlərin verilməsinə hazırlaşır

Cəmiyyət Materials 21 Noyabr 2011 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr / Trend müxbir H.Vəliyev /

Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC bankların vasitəçiliyi ilə mikrokreditlərin verilməsinə hazırlaşır. Bu barədə bazar ertəsi Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri, Regional Rabitə Birliyinin Poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, poçt operatoru bu xidmətə bu gün bir sıra MDB ölkələrində tətbiq edildiyi kimi, istənilən bankın vasitəçiliyi və bank lisenziyası olmadan başlaya bilər.

Məmmədovun dediyi kimi, "Azərpoct" habelə Azərbaycan banklarının kreditlərinin yığılmasında da iştirak edə bilər.
"Poçt operatoru hazırda kreditlərin verilməsi ilə müstəqil məşğul olmaq üçün ölkənin Mərkəzi Bankının icazəsinə malik deyil", - Məmmədov deyib.

Poçt operatoru tərəfindən bank xidmətləri avtomatlaşdırılmış korporativ informasiya sistemi vasitəsilə həyata keçirilir. Məmmədovun sözlərinə görə, sistemə artıq poçt rabitəsinin 800-ə yaxın şöbə və filialları qoşulub.

"Azərpoçt" Azərbaycanın bank bazarına daxil olmaqla, bank bazarı oyunçularına ciddi rəqib sayılacaq. Bu gün Azərbaycanın bank bazarında 44 bank fəaliyyət göstərir, filialların ümumi sayı 700-ə çatır. "Azərpoçt"un poçt şöbələrinin sayı isə 1600-dən çoxdur.

Xəbər lenti

Xəbər lenti