...

Anomal hava şəraiti ilə bağlı Bakının bəzi küçə və prospektlərində tıxaclar yaranıb

Cəmiyyət Materials 24 Noyabr 2011 09:38 (UTC +04:00)
Bakıda bu gün səhər saatlarında yağan sulu qar və qar nəticəsində bəzi küçə və prospektlərdə tıxaclar yaranıb.
Anomal hava şəraiti ilə bağlı Bakının bəzi küçə və prospektlərində tıxaclar yaranıb

Azərbaycan, Bakı, 24 noyabr / Trend müxbir E. Mehdiyev/

Bakıda bu gün səhər saatlarında yağan sulu qar və qar nəticəsində bəzi küçə və prospektlərdə tıxaclar yaranıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən cümə axşamı Trend-ə bildiriblər ki, paytaxtın "Azneft" dairəsi, Azərbaycan prospekti, Bakıxanov küçəsi, "Gənclik" metrostansiyasının ətrafı, Təhsil Nazirliyinin qarşısında tıxaclar yaranıb.

İdarədən bildirilib ki, yol patrul xidmətinin əməkdaşları avtomobillərin hərəkətini tənzimləmək üçün həmin küçə və prospektlərdə fəaliyyət göstərirlər.

Yol polisi sürücülərə qeyri-sabit hava şəraiti zamanı avtomobili ehtiyatlı idarə etməyi tövsiyə edir.

Azərbaycan sinoptiklərinin proqnozlaşdırdığı kimi, noyabrın 23-ü günortadan sonra əsasən şimal və qərb rayonlarından başlayaraq hava kəskin pisləşib, temperatur 6-8 dərəcə enib.

Sinoptiklər anomal hava şəraitinin noyabrın 26-na kimi davam edəcəyini açıqlayıblar.

Xəbər lenti

Xəbər lenti