Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda telekanallarda sosial çarxların artırılması üçün qanunvericiliyə dəyişiklik edilməlidir. Bunu cümə günü Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
Məhərrəmli bildirib ki, sosial çarxların yayımının çoxaldılması kimi məsələ daha çox qanunvericilik formasında həll olunarsa doğru olar.
"Sosial çarxlar məsələsi aktual məsələlərdən biridir. Bilirsiniz ki, sosial çarxların sayı gündən-günə artır. İstənilən nazirliklə bağlı müxtəlif çarxlar var. Ancaq bunlar əsasən dövlət televiziyalarına aid olan məsələ ola bilər. Özəl yayımçılara aid olan məsələ ola bilməz. Yalnız fövqəladə hallarla bağlı vəziyyətdə özəl kanallara da tələb qoyula bilər ki, çarxları yaysınlar", Məhərrəmli əlavə edib.
Onun sözlərinə görə, əgər nazirliklər digər nazirliklərin və yaxud QHT-nin verdikləri çarxları verirlərsə, təbii ki, efirdə onlara ayrılmış vaxt maliyyə cəhətdən itirilmiş olur. Ona görə də bu kimi məsələlərin həlli üçün qanunvericiliyə yenidən baxmaq olar.
Nuşirəvan Məhərrəmli: Azərbaycan telekanallarında sosial çarxların artırılması üçün qanunvericiliyə dəyişiklik edilməlidir
Azərbaycanda telekanallarda sosial çarxların artırılması üçün qanunvericiliyə dəyişiklik edilməlidir.