...

Yeqor Konçalovski: Bakıda transmədəniyyətlərin bir-birilərini maraqlı tamamlaması əla kino üçün yaxşı zəmindir (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2011 15:21 (UTC +04:00)
Bakıda transmədəniyyətlərin bir-birilərini maraqlı tamamlaması əla kino üçün yaxşı zəmindir. Trend-in məlumatına görə, bu barədə şənbə günü rusiyalı rejissor Yeqor Konçalovski Bakıdakı mətbuat konfransında bildirib.
Yeqor Konçalovski: Bakıda transmədəniyyətlərin bir-birilərini maraqlı tamamlaması əla kino üçün yaxşı zəmindir (FOTO)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Bakıda transmədəniyyətlərin bir-birilərini maraqlı tamamlaması əla kino üçün yaxşı zəmindir. Trend-in məlumatına görə, bu barədə şənbə günü rusiyalı rejissor Yeqor Konçalovski Bakıdakı mətbuat konfransında bildirib.

Məşhur rusiyalı rejissor Yeqor Konçalovski Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıya həsr olunmuş yeni, tammetrajlı bədii film layihəsinə start verməyə hazırlaşır. Film üzərində azərbaycanlı, rus, fransalı və britaniyalı rejissorlar çalışacaqlar. Filmin baş prodüseri isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olacaq.

"Bakıda layihə həyata keçirmək mənim üçün böyük şərəfdir, burada mənim çoxlu dostlarım var, lakin ölkəni və xalqı öyrənmək üçün vaxt keçirmək, işləmək, şəhəri iç tərəfdən öyrənmək lazımdır. Mən bu layihəyə nikbinliklə baxıram, çünki bu filmin istehsalı idrak xarakteri daşıyır. Müasir Azərbaycan barədə göstərəcək və danışacaq yaxşı film çəkməyə imkan verən Bakı mənim çox xoşuma gəlir", - Konçalovski deyib.

Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan on rejissor bir şəhər - Bakı barəsində on novella çəkəcək. Rejissorların əksəriyyəti azərbaycanlılar olacaq, lakin layihəyə bir neçə xarici rejissor da cəlb edilib.

"Qarşımızda böyük iş durur, bir ay ərzində biz lentə alacağımız on əhvalatı toplamağı planlaşdırırıq. Hər novellanın 10 dəqiqə çəkəcəyinə baxmayaraq, hər filmin öz ksatinqi, öz aktyorları olacaq", - rusiyalı rejissor bildirib.

Çəkilişlər gələn ilin mart və aprel aylarında olacaq. "2013-cü ilin əvvəlində biz filmin çəkilişini tamamlamağı planlaşdırırıq. Biz həmçinin istərdik ki, filmdə məşhur yaxşı, o cümlədən xarici aktyorlar çəkilsinlər", - Konçalovski deyib.

Film ola bilsin ki, yalnız Bakıda baş verə biləcək əhvalatlardan ibarət olsun. "Film müxtəlif dillərdə çəkiləcək və daha sonra dublyaj ediləcək", - rejissor deyib. Layihənin çox müsbət tərəfi belə filmə baxarkən hər kəsin özü üçün öz hekayəsini tapa bilməsindən ibarətdir.

Hazırda layihə ssenarinin hazırlanması mərhələsindədir. Ona görə də filmin istehsalının təxmini müddəti və adı hələ məlum deyil.

Artıq bütün dünyada belə layihələr həyata keçirilir. "Paris, mən səni sevirəm", "Nyu-York, mən səni sevirəm " və "Moskva, mən səni sevirəm" kimi filmlər artıq ekrana çıxıb.

Xəbər lenti

Xəbər lenti