...

Baş prokuror və daxili işlər naziri yazıçı Rafiq Tağının öldürülməsi faktı ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun hesabatını dinləyib

Cəmiyyət Materials 26 Noyabr 2011 17:52 (UTC +04:00)
Bu gün Azərbaycanın baş prokuroru Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov yazıçı-publisist Rafiq Tağının öldürülməsi faktı ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun hesabatını dinləyiblər.
Baş prokuror və daxili işlər naziri yazıçı Rafiq Tağının öldürülməsi faktı ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun hesabatını dinləyib

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Bu gün Azərbaycanın baş prokuroru Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov yazıçı-publisist Rafiq Tağının öldürülməsi faktı ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun hesabatını dinləyiblər. Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumata görə, baş prokuror və daxili işlər naziri cinayətin bütün iştirakçılarının qısa müddətdə tutulub məsuliyyətə cəlb olunması üçün zəruri olan əlavə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri müəyyən edib, konkret tapşırıq və tövsiyələr veriblər.

Xəbər verildiyi kimi, 2011-ci il noyabrın 19-da saat 22:00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Fakt üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1 - qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq polis və prokuorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlərin gedişini ciddi nəzarətdə saxlayan Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən Rafiq Tağıyevə yetirilmiş həyatı üçün təhlükəli olan bədən xəsarətlərinin xarakteri və onların ağırlıq dərəcəsi ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyi nəzərə alınaraq törədilmiş əməl Cinayət Məcəlləsinin 29,120.1 - qəsdən adam öldürməyə cəhd maddəsinə tövsif olunub və cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatına verilib.

2011-ci il noyabrın 23-də Rafiq Tağıyev xəstəxanada öldüyündən işin istintaqı Cinayət Məcəlləsinin 120.1- qəsdən adam öldürmə maddəsinə tövsif olunaraq davam etdirilir.

Məlumata əsasən, ictimai rezonans doğuran bu hadisə ilə əlaqədar cinayət təqibi üzrə görülən işlər Azərbaycan Respublikası Prezidentinin xüsusi nəzarətindədir.

Xəbər lenti

Xəbər lenti