...

Mətbuat Şurası daha iki qəzeti "reket nəşr" elan edib

Cəmiyyət Materials 2 Dekabr 2011 15:45 (UTC +04:00)
Mətbuat Şurası (MŞ) "reket jurnalistika"ya qarşı mübarizə sahəsində 8 qəzetlə bağlı məsələyə baxıb.
Mətbuat Şurası daha iki qəzeti "reket nəşr" elan edib

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir M.Əliyev/

Mətbuat Şurası (MŞ) "reket jurnalistika"ya qarşı mübarizə sahəsində 8 qəzetlə bağlı məsələyə baxıb. Trend-in məlumatına görə, bu barədə Mətbuat Şurasının cümə günü yaydığı məlumatda bildirilir.

Şuranın iclasında qəzetlərdən ikisinin fəaliyyətində peşə prinsipləri ilə bir araya sığmayan hallar qabarıq nəzərə çarpdığından belə rəyə gəlinib ki, həmin qəzetlər "reket nəşr" elan olunaraq MŞ-nin "qara siyahı"sına daxil edilsin. Qərara alınıb ki, Salyan rayon İcra Hakimiyyətinin və Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialının "Polit press", Ağdam rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin və həmin rayondakı Sukanal İdarəsinin "Yeni axtarış" qəzetləri barədə şikayətləri, həmçinin komissiyanın qərarları əsas götürülərək hər iki kütləvi informasiya vasitəsi "reket nəşr" elan olunsun və adları Şuranın "qara siyahı"sına daxil edilsin.

İclasda, həmçinin, Saatlı rayon İcra Hakimiyyətinin və AMİ-nin Qazax filialının "7gun.az" xəbər saytı ilə bağlı müraciətlərinə əsasən sayta xəbərdarlıq olunub, baş redaktor Cavid Şirəliyevə xəbər saytının fəaliyyətində dönüş yaratmaq tövsiyə edilib.

"Poliqon" Analitik-İnformasiya Agentliyinin Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov barədə təqdim etdyi materialda da "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra bəndlərinin tələblərinə sayğısızlıq göstərildiyi MŞ qərarında yer alıb. Agentlik rəhbərliyinin nəzərinə çatdırılb ki, bu cür təqdimat etik prinsiplərlə qətiyyən bir araya sığmır və gələcəkdə təkrar olunacağı təqdirdə onun barəsində daha ciddi ölçü götürülə bilər.

Xəbər lenti

Xəbər lenti