...

Yol Polisi cərimələrin ödənilməsi ilə bağlı yaranan problemlər barədə idarənin məlumatlandırılmasını xahiş edir

Cəmiyyət Materials 2 Dekabr 2011 15:43 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsi cərimələrin ödənilməsi ilə bağlı yaranan problemlər barədə idarənin məlumatlandırılmasını xahiş edir.
Yol Polisi cərimələrin ödənilməsi ilə bağlı yaranan problemlər barədə idarənin məlumatlandırılmasını xahiş edir

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Respublika Baş Dövlət Yol Polisi İdarəsi cərimələrin ödənilməsi ilə bağlı yaranan problemlər barədə idarənin məlumatlandırılmasını xahiş edir.

İdarənin şöbə rəisi Kamran Əliyev cümə günü Trend-ə bildirib ki, inzibati xəta törətmiş şəxslərin cəriməni hər hansı banka ödəmək istəyərkən bankın məlumat sistemində inzibati xəta haqqında heç bir informasiyanın olmadığı və ya barəsində tərtib edilmiş inzibati protokol üzrə cərimə məbləğini ödədikləri təqdirdə, DYP-nin mərkəzi məlumat sistemində həmin cərimə məbləğinin ödənilməmiş kimi göstərildiyi hallara rast gəlinir.

İdarə bu halla rastlaşan sürücülərdən xahiş edir ki, həmin halların operativ araşdırılması üçün Baş İdarədə 342 00 08, 342 22 52 saylı telefonlarla əlaqə saxlasınlar və ya cərimə məbləğinin ödənilməsi barədə qəbzin surətini idarənin [email protected] elektron poçtuna, yaxud 498 02 17 nömrəli faksa göndərsinlər.

Qeyd edək ki, inzibati xəta törətmiş şəxslərin cərimə bildirişi üzrə 2 ay müddətində müvafiq cərimə məbləğini banka ödəmədiklərinə görə inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilərək, həmin nəqliyyat vasitəsinin DYP əməkdaşları tərəfindən dayandırılacağı və həmin nəqliyyat vasitəsinin DYP-nin mühafizə olunan duracağında saxlanılacağı barədə məlumat verilmişdi.

Xəbər lenti

Xəbər lenti