...

Azərbaycanda vətəndaşlıq, müvəqqəti olma və müvəqqəti yaşama ilə bağlı müraciətlər elektron qaydada qəbul edilir

Cəmiyyət Materials 7 Dekabr 2011 11:56 (UTC +04:00)
Azərbaycanda vətəndaşlıq, müvəqqəti olma və müvəqqəti yaşama ilə bağlı müraciətlər elektron qaydada qəbul edilir.
Azərbaycanda vətəndaşlıq, müvəqqəti olma və müvəqqəti yaşama ilə bağlı müraciətlər elektron qaydada qəbul edilir

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda vətəndaşlıq, müvəqqəti olma və müvəqqəti yaşama ilə bağlı müraciətlər elektron qaydada qəbul edilir.

Dövlət Miqrasiya Xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, xidmətin rəsmi saytında bu məqsədlə elektron xidmətlər bölməsi (http://az.e.migration.gov.az/) açılıb.

Bu bölməyə daxil olmaqla Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşamaq, daimi yaşamaq məqsədi ilə (immiqrant statusu almaq üçün) icazənin alınması, Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi və vətəndaşlıqdan çıxma ilə bağlı elektron qaydada müraciət edilə bilər.

Miqrasiya qanunvericiliyini pozan şəxslər də onlara tətbiq olunan cərimələri internet vasitəsi ilə ödəyə bilərlər.

Həmçinin əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi məqsədi ilə fərdi icazənin alınması və fərdi icazənin müddətinin uzadılması ilə bağlı da elektron qaydada müraciət etmək mümkündür.

Miqrasiya orqanlarında qulluğa qəbul olunmaq istəyənlərə də elektron qaydada müraciət etmək imkanı yaradılıb.

Bu prosedurların aparılması üçün şəxs ilk olaraq yuxarıda qeyd olunan sayta daxil olmaqla qeydiyyatdan keçməlidir.

Artıq 15-ə yaxın dövlət qurumunda elektron xidmətlər fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti