...

Azərbaycan-Macarıstan əlaqələrinə dair yeni kitab nəşr olunub

Cəmiyyət Materials 8 Dekabr 2011 13:11 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ötən ilin 21-25 noyabr tarixlərində Budapeştdə keçirilmiş “Azərbaycan-Macarıstan: Mədəniyyətlərin dialoqu” V Beynəlxalq konfransının materialları macar dilində ayrıca kitab şəklində çap olunub.
Azərbaycan-Macarıstan əlaqələrinə dair yeni kitab nəşr olunub

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ötən ilin 21-25 noyabr tarixlərində Budapeştdə keçirilmiş "Azərbaycan-Macarıstan: Mədəniyyətlərin dialoqu" V Beynəlxalq konfransının materialları macar dilində ayrıca kitab şəklində çap olunub. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Kitabda Azərbaycan, Macarıstan, Ukrayna, Türkiyə, Bolqarıstan alimlərinin konfransdakı məruzələri əsasında hazırladıqları və folklor, tarix, etnoqrafiya, etnologiya, ədəbiyyat, dilçilik, iqtisadiyyat sahələrini əhatə edən 45 məqaləsi toplanıb.

Kitabın müəllifləri arasında Azərbaycan Milli Elmlər Akademiyasının akademiki İsa Həbibbəyli, müxbir üzvlər Teymur Kərimli və Əbülfəz Quliyev, AMEA İncəsənət İnstitutunun direktoru, professor Ərtəkin Salamzadə, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvləri Georq Xazai, Həmzə Qabor, professor Yanoş Sipoş, professor İstvan Erdeli, İstanbul Universitetinin professoru Osman Fikri Sərtqaya və b. tanınmış müəlliflərin tədqiqatları yer alıb.

Araşdırmaların mühüm qismi Azərbaycan və macar xalqlarının ortaq tarixi-mədəni dəyərlərinə həsr olunub. Kitabın ön sözünün müəllifi Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevdir.

Səfirliyin hazırladığı bir sıra digər nəşrlər kimi, bu kitab da Macarıstanın bütün ali məktəblərinə və elmi təşkilatlarına, habelə ölkənin 150-dən çox kitabxanasına hədiyyə edilib.

Xəbər lenti

Xəbər lenti