...

Sabah Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 11 Dekabr 2011 19:33 (UTC +04:00)
Ümummilli liderin anım mərasiminin keçirilməsi ilə əlaqədar sabah Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Sabah Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Ümummilli lider Heydər Əliyevin anım mərasiminin keçirilməsi ilə əlaqədar sabah Bakıda bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov bazar günü Trend-ə bildirib ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin anılması mərasiminin keçirilməsi ilə əlaqədar olaraq ziyarət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə səhər saat 07:00-dan ziyarət başa çatanadək Fəxri xiyaban-Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti mədudlaşdırılacaq.

Ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi-Teleteatr binası yanından və Parlament prospektinə bitişik digər ərazilərdə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı şəhər Baş Polis İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.

Xəbər lenti

Xəbər lenti