...

Nazir: Xəzər dənizində balıqların sayı ilə bağlı mövcud vəziyyəti o qədər də ürəkaçan deyil

Cəmiyyət Materials 12 Dekabr 2011 11:43 (UTC +04:00)
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Xəzər dənizində balıqların sayı ilə bağlı mövcud vəziyyəti o qədər də ürəkaçan hesab etmir.
Nazir: Xəzər dənizində balıqların sayı ilə bağlı mövcud vəziyyəti o qədər də ürəkaçan deyil

Azərbaycan, Bakı, 12 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Xəzər dənizində balıqların sayı ilə bağlı mövcud vəziyyəti o qədər də ürəkaçan hesab etmir.

Trend-in məlumatına görə, nazir jurnalistlərə bildirib ki, Xəzəryanı 5 ölkənin hamısında qanunsuz balıq ovu aparılır. Bunun nəticəsi olaraq, Xəzərin balıq resursları tükənməkdədir.

Bağırov ayrı-ayrı balıq növləri üzrə vəziyyətin müxtəlif olduğunu bildirib.

Nazir artıq Xəzərə qayğı ilə yanaşmağın vaxtının çatdığını da vurğulayıb.

Hazırda dünyada kəşf olunmuş 27 növ nərə cinsli balığın 17 növünü məhv olmaq təhlükəsi gözləyir. Dünyanın təxminən 90 faiz kürüsü Xəzərdə istehsal olunur. Statistikalara əsasən, Xəzəryanı ölkələr kürü istehsalından ildə 1 milyard dollar məbləğində gəlir əldə edirlər.

Xəbər lenti

Xəbər lenti