...

Küveytdə ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət Materials 12 Dekabr 2011 19:56 (UTC +04:00)
Azərbaycanın Küveyt Dövlətindəki səfirliyinin əməkdaşları, Əl-Küveyt şəhərində yaşayan və çalışan həmvətənlərimizin, eyni zamanda, Küveyt siyasi-ictimai xadimlərinin və vətəndaşlarının iştirakı ilə səfirlikdə ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Küveytdə ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Azərbaycanın Küveyt Dövlətindəki səfirliyinin əməkdaşları, Əl-Küveyt şəhərində yaşayan və çalışan həmvətənlərimizin, eyni zamanda, Küveyt siyasi-ictimai xadimlərinin və vətəndaşlarının iştirakı ilə səfirlikdə ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Səfirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov çıxış edərək, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə olunması, möhkəmləndirilməsi, qorunub saxlanmasında əvəzsiz rolunu vurğulayıb, ulu öndərlə işlədiyi dövrlə əlaqədar xoş xatirələrindən danışıb.

Tədbirdə çıxış edən Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev təməli ümummilli lider tərəfindən qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə artan nüfuzu barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveytlə münasibətlərinə toxunuan səfir mövcud əlaqələrin qurulması və inkişafında ümummilli liderimizin böyük rolunu vurğulayıb.

Bununla yanaşı, səfirliyin foyesində ümummilli liderin xatirəsinə həsr olunmuş stend tərtib olunub, təbliğat xarakterli materiallar, eyni zamanda, ulu öndərin zəngin həyat və fəaliyyəti barədə sənədli film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti