...

Bakıda Xəzəryanı ölkələr 2012-ci il üçün nərə balıqlarının kvotasının müəyyənləşdirilməsinin müzakirəsinə başlayıblar

Cəmiyyət Materials 14 Dekabr 2011 10:05 (UTC +04:00)
Xəzəryanı ölkələr 2012-ci il üçün nərə balıqlarının kvotasının müəyyənləşdirilməsinin müzakirəsinə başlayıblar
Bakıda Xəzəryanı ölkələr 2012-ci il üçün nərə balıqlarının kvotasının müəyyənləşdirilməsinin müzakirəsinə başlayıblar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 dekabr / Trend müxbir M.Əliyev/

Xəzər dənizinin Su Bioresursları üzrə Komissiyanın 32-ci iclası çərşənbə günü Bakıda öz işinə başlayıb. Trend-in məlumatına görə, Azərbaycanın sədrlik etdiyi iclasda nərə cinsli balıqlara qoyulmuş kvota müzakirə olunacaq.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev jurnalistlərə bildirib ki, iclasda 2012-ci ilin kvotası təyin olunaraq milli kvotalara bölünəcək.

"Azərbaycan, Qazaxstan və Rusiya nərə cinsli balıqların ovuna moratoriya qoyulmasına hazır olduqlarını bəyan ediblər. Digər ölkələr də iclasda öz fikrini bildirməlidir. Nərə cincli balıqların uzun müddət yaşadığı üçün 5 illik moratoriya qoyulması azdır. Gərək 10 il müddətinə müəyyənləşsin", - nazir müavini deyib.

Hacıyev bildirib ki, iclasda nərə cinsli balıqlara qoyulmuş kvotanın mənimsənilməsi istiqamətində tərəflər məlumat verəcəklər. Onun sözlərinə görə, həmçinin iclasda 2010-2011-ci ildə süni balıqartırma və balıqların mühafizə işləri barədə tərəflər təqdimatla çıxış edəcəklər.

"Xəzəryanı ölkələr balıqların sənaye ovuna moratoriya qoyulub-qoyulmamasına aydınlıq gətiriləcək, - o bildirib.

Xəbər lenti

Xəbər lenti